Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Əfqanistan müharibəsinin iştirakçısı, Birinci Qarabağ müharibəsi qazisi Rəfail Verdiyevlə görüşüb

04 sentyabr 2025 | 14:56

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Bildirçinli kəndində Əfqanistan müharibəsinin iştirakçısı, Birinci Qarabağ müharibəsinin qazisi Verdiyev Rəfail Surxay oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Verdiyev Rəfail Surxay oğlu 23.02.1968-ci il tarixində Tərtər rayonunun Bildirçinli kəndində anadan olub. 1987-1988-cı illərdə Əfqanistan müharibəsində iştirk edib. 1988-ci ildə yaralanıb. Birinci Qarabağ müharibəsi zamanı Milli Ordu sıralarında Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin aprel ayında Ağdərə rayonunun Vəng kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.

Rəfail Verdiyev onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər