Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində birinci Qarabağ müharibəsi şəhidi Nuru Abbasovun ailəsini ziyarət edib

15 may 2025 | 12:13

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə rayonunun Əskipara kəndində birinci Qarabağ müharibəsi şəhidi Abbasov Nuru Qaraş oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Nuru kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.

Görüşdə Vətən müharibəsi şəhidi Əzizov Ayşad Qaryağdı oğlunun atası Qaryağdı Əzizov, Vətən müharibəsi qazisi Qasımov Nahid Namiq oğlu, Birinci Qarabağ müharibəsinin şəhidləri Quliyev Tofiq Zakir oğlunun övladı Əvəz Quluzadə və Cəfərov Vüqar Aslan oğlunun övladı İlqar Cəfərli iştirak ediblər.

Qeyd edək ki, Abbasov Nuru Qaraş oğlu 1974-cü il iyun ayının 13-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Orta təhsilə həmin kənddə başlamış, 96 saylı Texniki Peşə Məktəbində başa çatdırmışdır. Həzi Aslanov adına kolxozda əmək fəaliyyətinə başlamışdır. 1993-cü ilin iyul ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi N saylı hərbi hissənin əsgəri kimi Füzuli bölgəsində Kürmahmudlu, Korlar, Alxanlı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il mart ayının 22-də Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Subay idi.

Əskipara kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər