Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Birinci Qarabağ müharibəsi əlili Şahid Məmmədovu ziyarət edib

04 dekabr 2025 | 15:24

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov,  Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, Rayon Polis şöbəsinin rəisi müavini Elxan Zamanov,  YAP rayon təşkilatının sədri Eldar Əsədov, birlikdə Yuxarı Qapanlı kəndində Birinci Qarabağ müharibəsi əlili Məmmədov Şahid İbrahim oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.     

Qeyd edək ki, Şahid Məmmədov Birinci Qarabağ müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin aprel ayında həmin istiqamətdə gedən döyüşlər zamanı başından güllə yarası alaraq ehtiyyata buraxılıb.

Aldığı xəsarətlərə görə Şahid Məmmədova ikinci dərəcəli əlillik təyin edilmiş və o dövlət tərəfindən fərdi evlə təmin edilmişdir.

Şahid Məmmədov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər