Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Birinci Qarabağ müharibəsi əlili Sahib Əliyevlə görüşüb

23 oktyabr 2025 | 14:56

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Ələsgərli kəndində Birinci Qarabağ müharibəsinin əlili Əliyev Sahib Məhəmməd oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Əliyev Sahib Məhəmməd oğlu 1970-ci il tarixində Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Agdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Artilleriya mərmisinin düşməsi nəticəsində yaralanıb, İkinci dərəcəli əlillik təyin olunub.

Sahib Əliyev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər