Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Köçərli kəndində şəhid Zeynallı Arzuman Asif oğlunun ailəsini ziyarət edib

09 yanvar 2025 | 14:34

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mahafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Köçərli kəndində şəhid  Zeynallı Arzuman Asif oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə vətən müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasovda iştirak edib.

Qeyd edək ki, şəhid Zeynallı Arzuman Asif oğlu 1991-ci il oktyabr ayının 2-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta təhsilini Köçərli kənd tam orta məktəbində alıb. 2009-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə yollanıb. 2010-cu il iyul ayının 17-də hərbi xidmət zamanı ildırım vurması nəticəsində şəhid olub.

Subay idi. Köçərli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər