Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili İlyas Hacıyevin ailəsini ziyarət edib

25 yanvar 2024 | 14:49

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Birinci Qarabağ müharibəsi əlili Hacıyev İlyas Rasim oğlunu evində olub, onun və görüşdə iştirak edən şəhid Ələkbər Ələkbərlinin atası Ramiz Ələkbərovun və şəhid Elnur Abbaslının atası Yaşar Abbasovun qayğıları və problemləri ilə maraqlanıblar.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, İlyas Hacıyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində işə başlamış və müharibənin ən şiddətli vaxtlarında polis nəfəri olaraq Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə davam edən döyüşlər zamanı düşmənin atdığı mərmi nəticəsində yaralanmış və polis sıralarından ehtiyata buraxılmışdır.

İlyas Hacıyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, yaşadığı Köçərli kəndində dövlət tərəfindən fərdi yaşayış evi ilə təmin olunmuşdur.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər