Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə İrəvanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Rəsul Məhərrəm oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Rəsul Məmmədov 1970-ci ildə Tərtər Rayonunun İrəvanlı kəndində anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. İkinci qrup Qarabağ müharibəsi əlilidir.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.