Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri İravanlı kəndində Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib

12 dekabr 2024 | 11:35

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mahafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə İrəvanlı  kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Rəsul Məhərrəm oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı  tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.

Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.  

Qeyd edək ki, Rəsul Məmmədov 1970-ci ildə Tərtər Rayonunun İrəvanlı kəndində anadan olub. Ağdərə polisinin əməkdaşı kimi döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. İkinci qrup Qarabağ müharibəsi əlilidir.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər