Rayon rəhbəri Hüsənli kənd tam orta məktəbinin kollektivi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, müasir dövr umumi təhsildə yüksək nailiyyətlər əldə olunmasını tələb edir. Məktəbdə uğur qazanılması isə ilk növbədə təhsil müəssisəsində şagirdlərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, müəllim-şagird-valdeyin münasibətinin hansı səviyyədə qurulmasından asılıdır. Bunun üçün məktəbin pedaqoji kollektivinin üzərinə böyük məsuliyyət düşür.
Görüşdə rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.