Rayon rəhbəri Hüsənli kənd körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri ilə tanış olub
13 avqust 2025 | 10:31
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər təmirsiz vəziyyətdə olan 50 yerlik Hüsənli kənd körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri ilə tanış olub, aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, körpələr evi-uşaq bağçası uşağların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təmin olunacaq, onların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaq.
Körpələr evi-uşaq bağçasının sentyabır ayında istifadəyə verilməsi nəzərdə tutulub.






