Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Hakaton yarışmasında 3-cü yeri tutmuş məktəblini qəbul edib

02 dekabr 2025 | 17:46

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Məktəblilərarası Milli Hakaton-2025 müsabiqəsində 3-cü yerə layiq görülmüş Əsəd Məmmədov adına şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağalarov Samir  Sahib oğlunu rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyevin, məktəbin direktoru Amil Hüseynovun və valideyninin iştirakı ilə qəbul edib, onu təbrik edərək, ugurlar diləyib.

Rayon rəhbəri Samir Ağalarova yarışda qazandığı uğura görə  Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyə təqdim edib.

Keçidlər