Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri cərrahiyyə əməliyyatı olunmuş şəhid anasını evində ziyarət edib

10 fevral 2025 | 16:49

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Səhləbad   kəndində yeni cərrahiyyə əməliyyatı olunmuş, Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun anası Gülnarə Salahovanı evində ziyarət edib, onun səhhəti və ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər