Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Borsunlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi oğlunun ailəsini ziyarət edib

08 yanvar 2025 | 14:44

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və  YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Borsunlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Axundov Babək Mehdi  oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Görüşdə vətən müharibəsi şəhidi Elman Məmmədovun anası Müşgünaz Məmmədovada iştirak edib.

Qeyd edək ki, şəhid Axundov Babək Mehdi oğlu 1972-ci il aprel ayının 3-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. 1990-cı ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. SSRİ dağıldıqdan sonra vətənə qayıdıb və 1992-ci ildə “Tərtər özünümüdafiə batalyonu”nda xidmətə başlayıb. Bu batalyonda xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 8-də keçmiş Ağdərə rayonunun Lülǝsaz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər