Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri birinci sinfə gedən şəhid və qazi övladları ilə görüşüb

15 sentyabr 2022 | 12:34

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə şəhər 1, 2 saylı, Xoruzlu, Seydimli və Mamırlı kənd tam orta məktəblərində olub, birinci sinfə gedən şəhid və qazi övladları ilə görüşüb. Rayon rəhbəri birinciləri “Bilik günü” münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Bildirib ki, bu günkü sakit və təhlükəsiz şəraitdə təhsil almağınızın səbəbkarları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keşmiş şəhidlərimiz və sağlamlıqlarını itirmiş qazilərimizdir. Sonra icra başçısı onlara rayonumuzdan olan şəhid və qazilərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs edib. Şəhid və qazi övladlarının qayğıları ilə maraqlanıb, onlara lazimi köməklik göstərib.

Keçidlər