Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Müşviq Fərəcovun yas mərasimində iştirak edib
12 fevral 2025 | 14:23
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərlərilə birlikdə rayonun Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Fərəcov Müşviq Musa oğlunun yas mərasimində iştirak edib.
Qeyd edək ki, mərhum Birinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə zamanı aldığı xəsarətlərə görə Müşviq Fərəcova üçüncü dərəcəli əlillik təyin edilib.
Qazimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.