Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin şəhidi Telman Hüseynovun həyat yoldaşının yas mərasimində iştirak edib

31 mart 2025 | 12:57

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Birinci Qarabağ müharibəsinin şəhidi Telman Hüseynovun həyat yoldaşı Rəna Hüseynovanının yas mərasimində iştirak edib, mərhumun yaxınlarına başsağlığı veriblər.

Qeyd edək ki, mərhumun həyat yoldaşı Hüseynov Telman İman oğlu 1941-ci il sentyabr ayının 15-də Ermənistanın Vedi rayonundakı Yengicə kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Tərtər rayonunun Seydimli kəndinə köçüblər. Orta təhsilini həmin kəndin orta məktəbində alıb. Sonra sürücülük ixtisasına yiyələnib. Öz ixtisası üzrə müxtəlif təşkilatlarda işləyib. Son iş yeri Tərtər Rayon Avtomobil Nəqliyyatı Müəssisəsi idi. İdarə etdiyi avtobusla erməni quldurlarına qarşı vuruşan əsgərlərə və polis işçilərinə yaxından köməklik göstərir, onları döyüş əməliyyatı gedən zonalara aparır, sutkalarla ön cəbhədə qalırdı. 1993-cü ilin əvvəllərində könüllü olaraq 703 saylı hərbi hissəyə daxil olur. 1993-cü il aprel ayının 5-də polis işçilərini Ağdərə bölgəsinin Talış kəndindəki döyüş mövqeyinə apararkən idarə etdiyi avtobusla minaya düşmüş və bu mina partlayışından şəhid olmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər