Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin şəhidi Fəxrəddin Orucovun qardaşının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Seydimli kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Fəxrəddin Orucovun qardaşı Etibar Orucovun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Orucov Fəxrəddin Fətulla oğlu 1958-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyun ayının 7-də Ağdərə bölgəsində gedən döyüşlərdə ağır yaralanıb, iyul ayının 19-da aldığı yaralardan şəhid olub.
Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






