Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Şahin Həsənovun yas mərasimində iştirak edib

10 noyabr 2025 | 15:15

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Həsənov Şahin Əkbər  oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, Şahin Həsənov 1969-cu ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.  Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Ağdərə rayonunun Çardaqlı kəndi istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən yaralanıb, 2-ci qrup əlillik dərəcəsi təyin olunub.

Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər