Rayon rəhbəri birinci Qarabağ Müharibəsinin əlili İlqar Vəliyevi qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsinin ikinci qrup əlili, 26 iyul 2022-ci il tarixdə özünü yandırmağa cəhd edən Vəliyev İlqar Qabil oğlunu qəbul edib. Qazi Tərtər şəhər 5 saylı körpələr evi-uşaq bağçasında musiqi müəllimi işləyən qızı Fəridə Əliyevanın analıq məzuniyyəti pulunun gecikdirilməsindən əsəbləşərək, özünü yandırmağa cəhd etdiyini və bunun səhv hərəkət olduğunu bildirib.
İlqar Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2007-ci ildə Tərtər Şəhəri Elman Səfərov küçəsində 2 mərtəbəli yaşayış evində 2 otaqlı mənzillə və “Nazlifan” markalı minik avtomobili ilə təmin olunub, dövlət tərəfindən müharibə əlillərinə göstərilən bütün imtiyazlardan istifadə edir.
İcra başçısı əlaqədar qurumlarla danışaraq qazinin problemini həll edib.