Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli İlham Mustafayevin bacısının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili, “Azərbaycan Bayrağı” ordenli Mustafayev İlham Abbas oğlunun bacısı İlduzə Mustafayevanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, İlham Mustafayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə düşmənin atdığı mərmi nəticəsində yaralanaraq bir qolunu itirmiş və ordu sıralarından ehtiyyata buraxılmışdır.
İlham Mustafayevə döyüşlərdə aldığı xəsarətlərə görə birinci dərəcəli əlillik təyin edilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.