Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Ayaz Məmmədovun 50 illik yubleyində iştirak edib

09 aprel 2025 | 14:30

Tərtər rayonunda Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Ayaz Məmmədovun 50 illik yubileyi qeyd olunub. Yubileydə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullayev, “Azərbaycan bayrağı ordenli” Vətən müharibəsi iştirakçısı Elnur Salahov,  qazilər, müharibə veteranları və yubliyarın yaxınları iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ayaz Məmmədovu 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb.

Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullayev, “Azərbaycan bayrağı ordenli” Vətən müharibəsi iştirakçısı Elnur Salahov  və qazinin döyüş yoldaşları da çıxış edərək onu təbrik edib, keçdiyi döyüş yoluna nəzər salıb, gələcək həyatında uğurlar arzulayıblar.

Qeyd edək ki, qazi Məmmədov Ayaz Əvəz oğlu 05.04.1975-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə yaralanaraq bir ayağını itirib. 1-ci dərəcəli Qarabağ Müharibəsi əlilidir. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı ilə təltif edilib.

Tədbirdə qaziyə Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təkşilatı tərəfindən fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.

Qazi Ayaz Məmmədov şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər