Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidinin nəvəsinin kiçik toy məclisində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynovla birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Qabil Cəlil oğlunun nəvəsinin kiçik toy məclisində iştirak edib. O, babasının adını daşıyan nəvəyə babası kimi Vətənini ürəkdən sevməyi, babasının yarımçıq qalmış arzularını həyata keçirməyi diləyib.
Şəhidin həyat yoldaşı Kəklik Əliyevaya gözaydınlığı verən rayon rəhbəri hər zaman şəhid ailələrinin, qazilərin yanında olduğunu bildirib, şəhidin keçdiyi qısa, lakin mənalı ömür yolunun gənclərə bir örnək olduğunu deyib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.