Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Səfər İsmayılovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov ilə birlikdə Seydimli kəndində Birinci Qarabağ müharibəsi şəhidi İsmayılov Səfər İsbi oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Səfər İsmayılov 1939-cu il iyun ayının 5-də Tərtər rayonunun Seyidimli kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində təhsil almış və keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ hadisələri başlanan vaxt doğma kəndlərində N.Nərimanov adına kolxozda işləyirdi. 1992-ci il iyun ayının 19-da kolxozun mal-qarasını otararkən minaya düşərək həlak olmuşdur.
Evli idi. Sevda, Sevil və Bəsdi adlı üç qızı, Baba və Ağa adlı iki oğlu var. Tərtər rayonu Seyidimli kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.