Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi Muradov Seymurun anasının yas mərasimində iştrak edib

14 avqust 2026 | 14:22

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Bayandurlu kəndində birinci Qarabağ müharibəsi şəhidi Muradov Seymur Mobil oğlunun anası Muradova Ətlas Maqsud qızının yas mərasimində iştrak edib, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, şəhid Muradov Seymur Mobil oğlu 1970-ci il avqust ayının 28-də Tərtər rayonunun Bayandurlu kəndində anadan olmuşdur. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almışdır. Hərbi xidmət yaşı catdıqdan sonra 1988-1990-cı illerda keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı "Oktyabr" adına kolxozda kolxozçu işləmişdir.

Qarabağ uğrunda müharibə başladıqdan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmişdir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 29-da Ağdərə bölgəsində şəhid olmuşdur.

Keçidlər