Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Elburus Rəhimovun ailəsini ziyarət edib

13 iyun 2024 | 12:06

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Dəmirçilər kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Rəhimov Elburus Musa oğlunun ailəsini ziyarət edib,  onların problemləri və qayğıları ilə maraqlanıblar.

Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı  tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.

Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.  

Qeyd edək ki, şəhid Rəhimov Elburus Musa oğlu 1970-ci il avqust ayının 23-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdur.

Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1989-1991-ci illərdə Murmansk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Tərtər rayon Avtobazasında sürücü işləmişdir. 1993-cü ilin sonunda könüllü olaraq N saylı hərbi hissyə daxil olmuşdur. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə istirak etmişdir. 1994-cü il iyun ayının 16-da şəhid olmuşdur.

Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər