Rayon rəhbəri Birinci Qarabağ müharibəsi şəhidi Asif Bayramovun qardaşının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhəri, Nizami küçəsində Birinci Qarabağ müharibəsi şəhidi Bayramov Asif Rəcəb oğlunun qardaşının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Bayramov Asif Rəcəb oğlu 1956-cı il aprel ayının 16-da Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 1 nömrəli orta məktəbində almışdır. Sonra Bakı şəhərində 64 nömrəli Orta Texniki Peşə məktəbində oxumuşdur. 1975-1977-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon Uşaq Xəstəxanasında texniki işçi İşləyirdi. Xocalı soyqırımından sonra erməni faşistlərindən qisas almaq üçün könüllü olaraq Milli Orduya yazılmışdır. 1992-ci il may ayının 11-də Ağdərə bölgəsinin Marquşovan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Evli idi. Adil adlı bir oğlu, Kəmalə və Lalə adlı iki qızı yadigar qalıb. Tərtər şəhər qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.