Rayon rəhbəri Birinci Qarabağ müharibəsi qazisinin bacısının yas mərasimində iştrak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynovla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi qazisi Sadıqov Elbrus Kazım oğlunun bacısı Məmişova Qənifə Kazım qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Sadıqov Elbrus Kazım oğlu 1960-cı ildə Tərtər rayonunun Qaradağlı kəndində dünyaya gəlib. Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, torpaqlarımızın müdafiəsində fəallıq göstərib.
Elbrus Sadıqov və ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






