Rayon rəhbəri Birinci Qarabağ müharibəsi iştirakçısı İlqar Hüseynovun yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Tərtər şəhərində Birinci Qarabağ müharibəsi iştirakçısı Hüseynov İlqar Məcid oğlunun yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
Qeyd edək ki, İlqar Hüseynov Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin may ayında düşmən tərəfindən atılan mərminin yaxınlığnda partlaması nəticəsində ayağından, sinəsindən qəlpə yarası almış, başından isə güllə yarası alaraq ehtiyata buraxılmışdır.
İlqar Hüseynov döyüşlərdə göstərdiyi şücaətə görə Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.