Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlilinin övladının yas mərasimində iştirak edib

23 sentyabr 2025 | 12:53

Tərtərdə Birinci Qarabağ müharibəsinin 1-ci qrup əlili Hacıyev İbrahim Kazım oğlunun övladı Hacıyev Elçinin  yas mərasimi keçirilib.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. Rəsmi şəxslər ailə üzvlərinə başsağlığı verərək onların kədərini bölüşüblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin 1-ci qrup əlili Hacıyev İbrahim Kazım oğlu Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə qarşı mübarizədə fəal iştirak edib və “Tərtər özünümüdafiə batalyonu”nun tərkibində döyüşlərə yollanıb. Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edən İbrahim Hacıyev qəhrəmanlıq göstərib və həmin döyüşlərdə aldığı xəsarətlər nəticəsində əlil olub. Daha sonra dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilib.

Mərasimdə çıxış edənlər İbrahim Hacıyevin keçdiyi şərəfli döyüş yolundan söz açaraq onun vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, İbrahim Hacıyev kimi igidlərin fədakarlığı sayəsində Azərbaycan bu gün öz ərazi bütövlüyünü qoruyub saxlaya bilib.

Mərhumun yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər