Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlilinin atası, kənd ağsaqqalı, Yaqub Abdullayevin yas mərasimində iştrak edib

20 may 2026 | 14:55

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsinin əlili Abdullayev Mahir Yaqub oğlunun atası, kənd ağsaqqalı, Abdullayev Yaqub Musa oğlunun yas mərasimində iştrak edib. O, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Yas mərasimində Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Niyazi Qurbanov, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Abdullayev Mahir Yaqub oğlu Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə düşmən tərəfindən avtomat silahdan açılan atəş nəticəsində yaralanmış və Ordu sıralarından ehtiyata buraxılmışdır. Mahir Abdullayevə döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilmiş və o, dövlət tərəfindən mənzillə təmin edilmişdir.

Mahir Abdullayev və ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər