Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlilini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun İsmayılbəyli kəndində birinci qrup Birinci Qarabağ müharibəsi əlili Cəfərov Mübariz Surxay oğlunu ziyarət edib, qazi ailəsinin qayğıları ilə maraqlanıb.
Mübariz Cəfərov 1991-ci ilin may ayında könüllü olaraq Vətənin müdafiəsinə yola düşüb.1992-ci ilin avqust ayının 27-də Ağdərə rayonunun Heyvalı kəndi (ermənilərin Drambon adlandırdğı) uğrunda gedən döyüşlərdə ağır yaralanıb, hətta heç kəs onun həyatda qalacağına inanmayıb. Çünki qarşısına düşən tank mərmisinin qəlpələri Mübarizin bütün bədəninni paramparça etmişdi.
Rayon rəhbəri qaziyə can sağlığı arzulayıb. Bildirib ki, Tərtər rayonuna Mübariz kimi mərd, qorxmaz oğulların sayəsində düşmən ayağı dəyməyib və bir qarış da Tərtər torpağı ermənilərə verilməyib. İcra başçısı respublika prezidentinin şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını da dilə gətirib.
Qazi onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.