Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib

02 may 2024 | 14:40

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi əlili Vəliyev Tahir Xəlil oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Görüşdə Vətən Müharibəsi şəhidi İsaqlı Anarın atası Rəsul İsaqov da iştirak edib.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Tahir Xəlilov 1959-cu ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Tərtər rayon Polis şöbəsinin əməkdaşı kimi Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb. Müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilib, dövlət tərəfindən mənzillə təmin olunub.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər