Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Səyavuş Allahverdiyevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, birlikdə rayonunun Evoğlu kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Elşad kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Görüşdə şəhid Hacızadə Ceyhunun atası Hacıyev İfrayıl Fazil oğlu, şəhid Məhərrəmli Fuadın atası Məhərrəmov Habil Nəsib oğlu, şəhid Əhmədzadə Məftunun atası Əhmədov Seymur Əvəz oğlu, şəhid Vəlizadə Rəşadın atası Vəliyev Elşən Müzəffər oğlu və anası Həşimova Bəsdi Şirin qızı, Birinci Qarabağ müharibəsi əlili Şahbazov Mirzə Abbas oğlu, Vətən Müharibəsi əlilləri Məhərrəmli Nurlan Xalid oğlu və Nifdalıyev Məhəbbət Ədalət oğlu iştirak ediblər.
Səyavuş Allahverdiyev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyul ayında düşmənin atdığı mərmi nəticəsində yaralanaraq ordu sıralarından ehtiyyata buraxılmışdır.
Səyavuş Allahverdiyevə döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.
Qazi Səyavuş Allahverdiyev şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.