Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Mayıl Xəlilovun ailəsini ziyarət edib

08 oktyabr 2026 | 14:22

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov   YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Aşağı Qapanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Xəlilov Mayıl Yaqub oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. 

Qeyd edək ki, 2-ci qrup Birinci Qarabağ müharibəsi əlili Xəlilov Mayıl Yaqub oğlu 03 11 1970-ci ildə Tərtər rayonunun Aşağı Qapanlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Tərtər Agdərə istiqamətində gedən döyüşlərdə polis əməkdaşı olaraq  iştirak edib. 11.02.1994 cü il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb.

Qarabağ əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

 

Keçidlər