Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi əlili Fizuli Əliyevin ailəsini ziyarət edib

04 iyul 2024 | 12:50

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Qapanlı  kəndində Birinci Qarabağ müharibəsi əlili Əliyev Fizuli İsa oğlunu evində ziyarət  edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.

Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Fizuli Əliyev 1993-cü il iyun ayında könüllü olaraq hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabrın ayının 28-də həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.

Fizuli Əliyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən avtomobillə təmin edilmişdir.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildiriblər.

Keçidlər