Rayon rəhbəri Bərdə Regional Mühafizə Şöbəsinin yeni təyin olunmuş rəisini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bərdə Regional Mühafizə Şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis polkovnik-leytenantı Habil Həsənovu qəbul edib.
Qəbul zamanı rayon rəhbəri Habil Həsənovu yeni təyinatı münasibətilə təbrik edərək, ona məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzulayıb. Rayonda ictimai asayişin və mühafizə xidmətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayan rayon rəhbəri, Bərdə Regional Mühafizə Şöbəsinin fəaliyyətinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Polis polkovnik-leytenantı Habil Həsənov səmimi qəbula və göstərilən diqqətə görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirib, qarşıda duran vəzifələrin ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var gücləri ilə çalışacağını diqqətə çatdırıb.






