Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri bayram ərəfəsində yeni övladı dünyaya gəlmiş qazi Ramin Quliyevin evində olub, onların qayğıları və problemləri ilə maraqlanıb

08 mart 2023 | 11:15

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Qadınlar Günü və qarşıdan gələn Novruz Bayramı münasibəti ilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi  Quliyev Ramin Vidadi oğlunun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ramin kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, qazi Quliyev Ramin Vidadi oğlu  Ağdam  istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən Müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qazi Ramin Quliyev şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər