Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Azərişıq” ASC-nin “Mərkəzi Aran” RETSİ-nin rəisi Zaur Şirəliyevlə birlikdə Tərtərdə elektrik təsərrüfatının vəziyyətini müzakirə ediblər

07 noyabr 2023 | 15:20

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azərişıq” ASC-nin “Mərkəzi Aran” RETSİ-nin rəisi Zaur Şirəliyevi qəbul edib. Görüşdə rayonun elektrik təsərrüfatının mövcud vəziyyəti, görüləcək işlər və rayonun elektrik təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, Tərtər rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığın təmin olunması məqsədilə "Azərişıq" ASC tərəfindən mütamadi olaraq müvafiq işlər görülür. Belə ki, 2023-cü ilin yanvar ayından bu günə kimi işğaldan azad olunmuş Talış kəndində 1 ədəd 400 kVA və 1 ədəd 250 kVA yeni güc mərkəzi yaradılmışdır, 8 ədəd 10 kV-luq 1 dövrəli metal dayaq əkilmiş, 1200 metr AS-35 markalı naqil çəkilmiş, 24 ədəd ŞF-10 markalı izolyator istifadə olunmuşdur.

110/35/6 kV-luq Tərtər yarımstansiyadan çıxan 6 kV-luq 10 saylı Səhləbad hava xəttindən qidalanan Əskipara kəndində sipləşmə ilə əlaqədar 67 ədəd  metal dayaqlar əkilmiş və 0.4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmışdır. 450 ədəd 0.4 kV-luq dəmir-beton dayaq əkilmiş, 10000 metr ÖİN SİP kabel çəkilmişdir.

Tərtər şəhər Heydər Əliyev prospektində və Şıxəli Qurbanov küçəsində 400 Kva kompleks transformator mərkəzinin 0,4 kV-luq SİP kabel hava xətti yenidən qurularaq 30 ədəd yeni sip dayaq əkilmiş, aksesuarlarla birlikdə  zədələnmiş 300 metr SİP 4*35 markalı kabel dəyişdirilmiş, yararsız 10 ədəd agac dayaq yeni metal dayaq ilə əvəz olunmuşdur.

Tərtər şəhər Nəriman Nərimanov küçəsində  6 kV-luq hava xəttində 1 km yararsız naqil yeni AS-50 markalı naqil ilə və 30 ədəd yararsız izolyator yeni ŞF-10 markalı izolyatorla dəyişdirilmişdir.

Düyərli kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq yararsız 0,4 kV-luq ağac dayaqlar 6 ədəd yeni 0,4 kV-luq metal dayaq ilə əvəz olunmuş, 200 metr məsafəyə 4*35 markalı SİP kabel xətti çəkilmişdir.

Azad Qaraqoyunlu kəndində 40 kVa transformatorun yerinə  yeni 100 kVa  kompleks transformator mərkəzi quraşdırılmışdır və Azad Qaraqoyunlu kəndi ərazisində 70 ədəd 10 kV-luq və 20 ədəd 0,4 kV-luq dayaqlar rənglənmişdir.

Texniki itkilərin azaldılması və abonentlərin müraciətləri nəzərə alınaraq  Tərtər rayon Evoğlu kəndi ərazisində  100 kVa yeni güc mərkəzi yaradılmışdır. Tərtər rayon Bəyimsarov kəndində abonentlərin müraciətləri nəzərə alınaraq  250 kVA kompleks transformator mərkəzi 400 kVA kompleks transformator mərkəzi ilə  və  Bayandur kəndində 250 kVA kompleks transformator mərkəzi isə yeni 250 kVA kompleks transformator mərkəzi ilə əvəz olunmuşdur.

Bundan başqa uzun müddət istismarda olan və tez-tez qəzalar baş verən 10/6 /0.4 kV-luq hava elektrik verilişi xəttində istismar müddətini başa vurmuş yararsız ağac dayaqların əvəzinə 27 ədəd dəmir-beton dayaq  basdırılmış, zədəli naqillər yenisi ilə əvəz olunmuşdur.

 

Keçidlər