Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının viste-Prezidenti akademik İradə xanım Hüseynova ilə görüşüb

24 iyun 2022 | 18:34

Azərbaycan Milli Elmlər Akademiyasının viste-Prezidenti, akademik İradə xanım Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü Zeynal Əkbərov, Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi tədqiqat bazasının direktoru Həmid Mehtiyev ilə birlikdə bazanın Tərtər rayon Şıxarx qəsəbəsində yerləşən əkin sahələrinə baxış keçiriblər. Baxışdan sonra qonaqlar rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla  görüşüblər. Görüş zamanı Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolundan, bazanın əvəllki şöhrətinin özünə qaytarılmasından və onun gələcək prespektiv inkişaf lahiyələri barədə danışaraq fikir mübadiləsi aparılıb.

Rayon rəhbəri bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsinin yaradılaraq iqtisadi rayonların təsərrüfatlarında becərilməsinin kənd təsərrüfatnın inkişafına böyük töhvə verəcəyini bildirib, görkəmli akademik Cəlal Əliyevin rəhbərliyi ilə alınmış sortların bazada yetişdirilməsini qürur hissi ilə qeyd edib, tezliklə bazanın əvvəlki şöhrətini özünə qaytarılacağını vurğulayıb.

Keçidlər