Rayon rəhbəri Azad Qaraqoyunlu kəndində yeni məktəb binasının tikintisi ilə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində yeni məktəb binasının tikintisi ilə yerində tanış olub, tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbinin yeni binasının tikintisi Heydər Əliyev Fondunun maliyyə vəsaiti hesabına aparılır.
Məktəb binası üç mərtəbədən və zirzəmidən ibarətdir. Binanın ümumi tikinti sahəsi 1521 kvadratmetrdir. İki korpusdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Binanın yeni dərs ilinin başlanmasına istifadəyə verilməsi nəzərdə tutulub.
Kənd sakinləri 320 şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlandığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.