Rayon rəhbəri antiterror əməliyyatlarında şəhid olan Emin Abbaszadənin 40 mərasimində iştirak edib
Oktyabr ayının 30-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə üzvləri ilə birlikdə lokal antiterror əməliyyatlarında şəhid olan rayonun Kəngərli kənd sakini 1998-ci il təvəllüdlü gizir Abbaszadə Emin Faiq oğlunun 40 mərasimində iştirak edib.
Əvvəlcə şəhidin doğmaları ilə şəhidin məzarı ziyarət edilib, onünə gül dəstələri düzülüb. Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Rayon rəhbəri mərasimdə şəhidin ailə üzvlərinə başsağlığı verərək, onlara Ulu Tanrıdan səbr diləyib, Eminin qısa, lakin mənalı ömür yolunun gəncərə örnək olacağını vurğulayıb, şəhidin valideynlərinə Emin kimi oğul böyütdükləri üçün minnətdarlıq edib.
Qeyd olunub ki, sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyevlə və onun hakimiyyəti dövründə yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad edən gənclərimizlə fəxr edir.
Mərasimdə şəhidin doğmaları, dostları, onu tanıyanlar Eminlə bağlı xatirələrini bölüşüblər, Emin kimi oğulların sayəsində qələbə qazanıldığını vurğulayıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentə öz minnətdarlıqlarını bildiriblər.