Rayon rəhbəri 95 yaşlı şəhid atası İdris Əsgərovu ad günündə ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Əsgərov Ruslan İdris oğlunun atası İdris Əsgərovla ad günündə görüşüb, şəhid atasını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı və 95 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Əsgərov Ruslan İdris oğlu 1972-ci il dekabr ayının 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Kənd orta məktəbində natamam orta təhsilini aldıqdan sonra 183 №li Texniki Peşə Məktəbində təhsilini davam etdirib. 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Milli Ordunun tərkibində xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993-cü il fevral ayının 16-da Ağdərə bölgəsində erməni quldurlarına qarşı aparılan vuruşmalarda şəhid olub.
Subay idi. Kəngərli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.