Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 90 yaşlı şəhid anası Kubra Ağayevanı ad günündə ziyarət edib

01 yanvar 2024 | 13:58

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə  birinci Qarabağ müharibəsi şəhidi Ağayev Ceyhun Oruc oğlunun anası Kubra Ağayevanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı və 90 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, şəhid Ağayev Ceyhun Oruc oğlu 1974-cü ilin yanvar ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini Səhləbad kənd tam orta məktəbində aldıqdan sonra Tərtər Rayon Hərbi Komisarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağrılıb. 1993-cü il aprel ayından N saylı hərbi hissədə xidmət etməklə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 23 iyul 1994-cü ildə Ağdərə ətrafında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər