Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 85 yaşlı şəhid atası Vəli Hüseynovu ad günündə ziyarət edib

04 iyun 2024 | 17:39

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Habil Vəli oğlunun atası Hüseynov Vəli Xəlil oğlunu ad günü ərəfəsində  ziyarət edib, şəhid atasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona səmimi arzularını çatdırıb.

İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib, şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Sonra rayon rəhbərinin tapşırığına əsasən səhhətində yaranmış problemlə əlaqədar şəhid atası Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən müayinə olunub.

Qeyd edək ki, şəhid Habil Hüseynov 1970-ci il noyabr ayyının 14-də Ermənistan Respublikasının Masis rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini həmin kənd orta maktəbində alıb. Orta təhsilini basa vurduqdan sonra 1988-ci ildə Masis rayonunda Kənd Təsərrüfat Texnikumunun Mexanizasiya fakultəsinə daxil olub. Hərbi xidmət yaşı catdıqda təhsilini yarımçıq qoyub, keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə gedib.

1988-ci il Qarabağ hadisələri ilə baglı ailəsi Ermanistandan məcburi köçürülmüş və Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışlar. 1990-cı ildə hərbi xidmətini başa vuraraq ailəsinin məskunlaşdığı Tərtər rayonuna gəlib. Erməni işğalçılarına qarşı könüllü mübarizəyə qalxaraq 157 saylı hərbi hissənin tərkibinə daxil olub. Bu hərbi hissənin tərkibində Goranboy bölgəsində erməni işgalçılarına qarşı aparılan döyüşlərdə istirak edib. 1994-cü il yanvar ayının 9-da Gulüstan-Keçəldağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Evli idi. İlkin adlı bir oglu və İntizar adlı bir qızı var. Bəyimsarov kənd qəbiristanlıgında dəfn olunub.

Şəhidin ailə üzvləri bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər