Rayon rəhbəri 85 yaşlı şəhid anası Qənirə Məmmədovanı ad günü münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Fəxrəddin Sabir oğlunun anası Məmmədova Qənirə Bəhlul qızını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, birinci Qarabağ müharibəsi şəhid Məmmədov Fəxrəddin Sabir oğlu 25 may 1974-cü ildə Tərtər şəhərində anadan olub. Orta təhsilini 1 saylı şəhər tam orta məktəbində aldıqdan sonra 1992-ci il oktyabr ayının 6-da rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə istirak edib. 1993-cü il dekabr ayının 24-də xidmət etdiyi hərbi hissənin yerləşdiyi Şıxarx qəsəbəsində şəhid olub.
Subay idi. Tərtər səhər qəbiristanlığında dəfin olunub.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






