Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi, 3 dərəcəli “Rəşadət” ordenli Qənbərli Qənbərin ailəsini ziyarət edib

27 oktyabr 2025 | 11:52

“Konstitusiya və Suverenlik İli” və 2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər Rayon Təşkiltının sədri Eldar Əsədovla birlikdə Kəngərli kəndində Vətən Müharibəsi şəhidi, 3 dərəcəli “Rəşadət” ordenli Qənbərli Qənbərin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə şəhid Abbaszadə Elşadın atası Raquf Abbasovda iştirak edib.

Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Milli Məclisin deputatı Anar Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildirib.

Qeyd edək ki, şəhid Qənbərli Qənbər 1993-ci il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.

Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Sağlığında  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər