Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar şəhid Mənsimli İntiqamın ailəsini ziyarət edib

29 oktyabr 2025 | 10:37

“Konstitusiya və Suverenlik İli” və 2025-ci il 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkiltının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov birlikdə Kəngərli kəndində şəhid Mənsimli İntiqam Rövşən oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə şəhid Abbaszadə Elşadın atası Abbaszadə Raquf da iştirak edib.

Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Milli Məclisin deputatı Anar Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildirib.

Qeyd edək ki, şəhid Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub. 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun  Kəngərli kəndində dəfn olub.

Ölümündən sonra o, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər