Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar şəhid Abbaszadə Elşadın ailəsini ziyarət edib

28 oktyabr 2025 | 11:47

“Konstitusiya və Suverenlik İli” və 2025-ci il 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkiltının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov birlikdə Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə şəhid şəhid Qənbərli Qənbərin atası Bəhruz Qasımov da iştirak edib.

Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Milli Məclisin deputatı Anar Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildirib.

Qeyd edək ki, Elşad Abbaszadə 1993-cü ilin 14 iyulunda Kəngərli kəndində anadan olub. 2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə qayıdıb.

Elşad Abbaszadə tağım komandiri olub. Özü də gözəl pulemyotçu idi. O, 2016-cı il martın 25-də qoşunların təmas xəttində  ermənilərin atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olub. Elşad Abbaszadənin şəhid olmasından 7 gün sonra, aprelin  2-sində  Azərbaycan-Ermənistan  təmas xəttində 24 ildən sonra tariximizin ən qanlı atışmalarından biri, Aprel döyüşləri başlayıb.

Ölümündən sonra Elşad Abbaszadə  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Elşad Abbaszadə doğma kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər