Rayon rəhbəri 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Birinci Qarabağ müharibəsi əlili Cəlil Məmmədovu ziyarət edib
“Konstitusiya və Suverenlik İli” və 2025-ci il 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov Rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, birlikdə Aşağı Qapanlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Məmmədov Cəlil Misir oğlunu ziyarət edib, onun qayğıları ilə maraqlanıb.
Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Tərtər rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Milli Məclisin deputatı Anar Məmmədov vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildirib.
Qeyd edək ki, Məmmədov Cəlil Misir oğlu 1975-ci il tarixdə Tərtər rayonunun Aşağı Qapanlı kəndində anadan olub. 1993-cü il aprel ayının 10-da döyüşlərə qatılıb. Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 12-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşməsi nəticəsində yaralanmışdır. Aldığı xəsarətlərə görə ona 2-ci dərəcəli əlillik təyin edilmişdir.
Cəlili Məmmədov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






