Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 8 noyabr- Zəfər günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ailəsini ziyarət edib

07 noyabr 2022 | 10:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə 8 noyabr- Zəfər günü ilə əlaqədar rayonun Umudlu kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun Bərdə şəhərində yaşayan  ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Torpaqlarımızın məhz Elvin kimi oğulların sayəsində işğaldan azad olunduğunu, bizə canları, qanları bahasına Zəfər gününü yaşatdıqlarını bildirən rayon rəhbəri, şəhidin ailəsinə öz minnətdarlığını bildirib.

Qeyd edib ki, bu gün yaşadığımız Zəfər günü üçün şəhidlərimizə borcluyuq. Şəhid anaları bizə igid oğullar bəxş etdiyi üçün baş tacımız, şəhidlərimiz, qazilərimiz, veteranlarımız isə qürur yerimizdir.

Zəfər günü ilə bağlı icra baçşısı şəhidin ailəsi ilə birgə  Elvin Abbasovun keçdiyi döyüş yoluna da nəzər salıb.

Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Elvin Abbasov və onun kimi igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

 Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər